DÜNYA ÖZ XƏBƏR

Azyaşlının cinsi istismarına görə 6 il axtarışda olan şəxs tutulub - VİDEO

Türkiyə Daxili İşlər Nazirliyi “Uşaq üzərində ağır cinsi istismar” cinayətinə görə 6 ildir axtarışda olan və 30 il müddətinə azadlıqdan məhrum edilən şəxsin tutulduğunu açıqlayıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir, Nazirliyin sosial media hesabında paylaşılan paylaşımda, uşağa bilərək cinsi istismar cinayətindən 6 ildir axtarışda olan və 30 il həbs cəzası kəsilən B.L-nin Karabük Bölgə  Jandarma Komandanlığı Jandarma Cinayət Axtarış qrupları tərəfindən tutularaq ədliyyə orqanlarına təhvil verildiyi bildirilib.

Uşaqlarımızı hədəf alan qaranlıq təfəkkürlər, qeyri-insani hərəkətlərinə görə mütləq cavab verəcəklər. Cinayətkarlığa və cinayətkarlara qarşı mübarizəmiz qətiyyətlə davam edəcək", - deyə  qeyd edilib.

Ayxan 

Oxşar Xəbərlər