DÜNYA ÖZ XƏBƏR

Saxlanılan metin borcunu tanınmış iş adamı odəyəcək

Denis Kaşigin sabiq qubernator Boris Dubrovskinin borclarını ödəyəcək

Çelyabinsk vilayətinin sabiq meri Boris Dubrovskinin borclarını biznesmen Denis Kaşigin ödəyəcək.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regional arbitraj məhkəməsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Kaşigin martın 31-dək "PO Montajnik" ASC-yə 7 milyon rubl, vergi orqanına 702 min rubl və sabiq məmurun vəkilinə 1 milyon rubl ödəməlidir.

Kaşiginin bu işə görə nə qədər mükafat alacağı açıqlanmayıb. Onun Dubrovskilər ailəsi ilə rəsmi əlaqəsi yoxdur.

Məlumata görə, Denis Kaşigin 2009-cu ildə fərdi sahibkar kimi fəaliyyətə başlayıb və hazırda yeddi iflas etmiş müəssisənin böhran idarəçisidir.

Xatırladaq ki, Boris Dubrovski 2014-cü ilin yanvarında Çelyabinsk vilayətinin müvəqqəti qubernatoru təyin edilib və sentyabrda bu vəzifəyə seçilib. O, 2019-cu ilin martında istefa verib. Daha sonra onun səlahiyyətlərini aşması ilə bağlı cinayət işi açılıb. Məlumatlara görə, Dubrovski bu hadisədən sonra İsveçrədə oğlunun adına rəsmiləşdirilmiş evdə gizlənib.

2023-cü ilin iyulunda Dubrovski müflis elan edilib. Bu il fevralın 19-da isə onun oğlu Aleksandr saxlanılıb.

Ayxan 

Oxşar Xəbərlər