Sasseks şahzadəsi Meqan Marklın paylaşdığı məktəb illərinə aid foto plastik əməliyyat şayiələrinə yol açıb.
32gun.az-ın Daily Mail-ə istinadən məlumatına görə, 1999-cu ildə çəkilmiş fotoda Markl Los-Ancelesdəki katolik orta məktəbində oxuyarkən, Məryəm heykəlinin fonunda poz verib. O, ağ rəngli, çiçək naxışlı don, yaşıl kardiqan və saç lentində olub. Markl həmin fotoda makiyajsız və açıq saçlarla görünüb.
"Orta məktəbdəki yaxın dostunuz sizə alma materinizdən nəsə göndərəndə bu, üzünüzdə ən böyük təbəssümə səbəb olur", — deyə Markl fotoya şərh verib.
Bəzi sosial şəbəkə istifadəçiləri fotoya rəy bildirərək Marklın burun əməliyyatı etdirdiyini iddia ediblər. "Rinoplastika etdirdiyi aydın görünür", "Sanki burnu hər layihə ilə kiçilir", "O, üzündə xeyli işlər gördürüb", — kimi şərhlər yazılıb.
Bundan əvvəl Meqan Marklın kulinariya bacarıqları da tənqid olunmuşdu. O, Müqəddəs Patrik Günü münasibətilə ailəsi üçün yaşıl vafli hazırladığı fotoları və videoları paylaşmışdı. Desert qaymaq, giləmeyvə və kivi dilimləri ilə bəzədilmişdi. Həmçinin Markl yaşıl smuzi də hazırlamışdı. Lakin sosial şəbəkə istifadəçiləri onun vaflilərini "qusmağa" bənzətmişdilər.
Nilay