DÜNYA ÖZ XƏBƏR

Hərəkətdə olan"Qazel" markalı avtomobilin partlayışı - ANBAAN

Rusiyada Tver vilayətinin Konakovo şəhərində "Qazel" markalı avtomobilin partlayışı qonşu maşının videoregistratoru tərəfindən qeydə alınıb.

32gun.az bildirir ki, kadrlar "112" Telegram kanalında yayımlanıb.

Hadisə avtomobilin yolayrıcında sağa dönərkən baş verib. Partlayış dalğası hadisəni çəkən avtomobildəki videoregistratoru yerindən qoparıb.

Şahidlərin sözlərinə görə, hadisə Svoboda küçəsində olub. Partlayış dalğası yaxınlıqdakı mağazanın fasadına ziyan vurub. İlkin məlumata görə, hadisə zamanı piyadalardan xəsarət alan olmayıb.

Kadrlarda avtomobilin ehtiyat hissələrinin yol boyu səpələndiyi görünür. "Qazel"in sürücüsü ağır xəsarət alaraq həyatını itirib. 

Ayxan 

 

 

Oxşar Xəbərlər