ABŞ Prezidenti Donald Trump, Ukraynada mövcud olan qismən atəşkəsin tam atəşkəsə çevrilməsini istəyir.
32gun.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
O bildirib ki, hazırda ABŞ-da qismən atəşkəs mövcuddur, lakin prezident bu həftə Səudiyyə Ərəbistanına sülh üçün mübarizə aparmağa yüksək ixtisaslı komandasını göndərir.
19 martda ABŞ və Ukrayna prezidentləri Donald Trump və Vladimir Zelenski arasında telefon danışığı olub. Ukraynanın «Obşçestvennoye» televiziya kanalının məlumatına görə, tərəflər hava və dəniz məkanında, habelə cəbhə xəttində döyüşlərin dayandırılması məsələlərini müzakirə ediblər. Danışıq təxminən bir saat davam edib.
Trump, Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların məzmunu barədə məlumat verib. Tərəflər atəşkəs rejiminin parametrlərini razılaşdırıb və onun praktiki olaraq həyata keçirilməsi yollarını müzakirə ediblər. Həmçinin, Zelenski cəbhədəki hazırkı vəziyyət barədə məlumat verib və hərbi məhbusların azad olunması məsələsini qaldırıb. Razılaşmanın detalları açıqlanmasa da, Ukrayna prezidentinin administrasiyasından olan bir mənbə danışıqların "konstruktiv xarakter daşıdığını" vurğulayıb.
Ağ Evin məlumatına görə, telefon danışığı zamanı Trump və Zelenski Ukraynada sülhün əldə edilə biləcəyini razılaşdırıblar.
Ayxan