DÜNYA ÖZ XƏBƏR

Məşhur saç boyalarının tərkibində təhlükəli maddə aşkar edildi

"Schwarzkopf Palette" və "Syoss Professional Performance" markalarına aid saç boyalarının tərkibində qadağan olunmuş lilial maddəsi tapılıb. 

32gun.az bildirir ki, bu barədə Çexiya Səhiyyə Nazirliyi məlumat verib.

Çexiyanın baş sanitar həkimi Barbara Matskova, lilialın reproduktiv sistemə toksik təsir etdiyini və bu nəticənin heyvanlar üzərində aparılmış araşdırmalarla təsdiqləndiyini açıqlayıb. O, bu maddənin insan sağlamlığına təhlükə yaratdığını vurğulayıb.

Lilial (butilfenil metilpropional) maddəsinin istifadəsi Avropa İttifaqı tərəfindən 2022-ci il martın 1-dən qadağan edilib və həmin tarixdən etibarən kosmetik məhsulların istehsalında bu maddə istifadə oluna bilməz. Lilial yalnız saç boyalarında deyil, həmçinin sabunlar, losyonlar, ətirlər, əl kremləri, ətirli şamlar, hava təravətləndiriciləri və paltar kondisionerlərində də rast gəlinə bilər.

Nilay 

Oxşar Xəbərlər