DÜNYA ÖZ XƏBƏR

Narsistlər özləri haqqında danışarkən həyəcanlanırlar

Araşdırmalar göstərib ki, narsisist xüsusiyyətləri olan insanlar özləri haqqında danışarkən, xüsusən də başqalarının onlara heyran olduğu anları təsvir edərkən daha çox fizioloji həyəcan yaşayırlar.

32gun.az bildirir ki, International Journal of Psychophysiology (IJP) jurnalında dərc olunan araşdırmaya görə, bu şəxslər yeni insanlarla ünsiyyət zamanı vegetativ sinir sistemlərinin daha çox oyanıqlıq nümayiş etdirdiyi müşahidə edilib.

Tədqiqat çərçivəsində alimlər 44 tələbə arasında üç eksperiment aparıblar. Eksperimentlərdə iştirakçılar tanışlıq, emosional təcrübələrin paylaşılması və şəxsi hekayələrin danışılması kimi mövzularda söhbətlər ediblər.

Nəticələrə görə, emosional mövzuların müzakirəsində və şəxsi nailiyyətlərindən danışarkən narsisistlərin dərilərində keçiricilik səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı qeydə alınıb. Bu reaksiyanın xüsusilə dinləyicinin də narsisist xüsusiyyətlərə sahib olduğu hallarda daha güclü olduğu müəyyən edilib.

Alimlər bildiriblər ki, bu fizioloji həyəcan daha çox öz əhəmiyyətlərini təsdiqlətmək istəyindən qaynaqlanır.

Oxşar Xəbərlər