ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən hazırlanan Vaşinqton və Kiyev arasında tərəfdaşlıq sazişinin yeni variantı Vaşinqtonun Ukraynada infrastruktura və faydalı qazıntıların hasilatına gələcək investisiyalarına tam nəzarəti nəzərdə tutur.
32gun.az bildirir ki, bu barədə Amerikanın Bloomberg agentliyi sənəd layihəsinə istinadən məlumat yayıb.
“Tramp administrasiyası Ukrayna ilə yenidən işlənmiş tərəfdaşlıq sazişi çərçivəsində bütün infrastruktur və təbii ehtiyatlara investisiyalar üçün “ilk təklif hüququ” tələb edir ”, - deyə məlumatda bildirilir.
Agentlik iddia edir ki , ABŞ Ukraynada infrastruktura və mədən sənayesinə gələcək bütün əsas sərmayələrə nəzarət etməyə çalışaraq, Kiyevin digər müttəfiqləri üçün istənilən rola veto hüququ əldə etmək istəyir. Bundan əlavə, Bloomberg hesab edir ki, bu, Kiyevin Avropa İttifaqına üzvlük cəhdini sarsıdacaq.
Ayxan