Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayətinin Ximki şəhər dairəsi üzrə keçmiş müstəntiqi İqor Stepaşkin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, o, rüşvət almaqda vasitəçilik etməkdə ittiham olunur.
Müstəntiqlər hesab edirlər ki, onların keçmiş həmkarı müəyyən müttəhimin cinayət təqibini dayandırmaq üçün başqa məmura rüşvət verməli olub.
Stepaşkin günahını etiraf edib və istintaqla əməkdaşlıq edir.
Məlumata görə, təqsirləndirilən şəxs özü və vəkili Stepaşkinin pensiya yaşını və ciddi xroniki xəstəliyinin olduğunu əsas gətirərək, ev dustaqlığında israr ediblər.
Lakin məhkəmə müttəhimin əlaqələri sayəsində istintaqa müdaxilə edə biləcəyinə qərar verib və bu səbəbdən onu həbsə göndərib.
Nilay