Rusiyada İjevskdə iki yeniyetmə qıza qarşı zorakılıq və seksual xarakterli cinayətlər törədən xarici vətəndaş məhkum edilib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, 2022-2024-cü illər arasında taksi sürücüsü kimi çalışan həmin şəxs tanış olduğu 13 və 14 yaşlı qızlara qarşı cinayət törədib.
Məhkəmə prosesi zamanı kişi qismən günahını etiraf edib və zərərçəkənlərdən birindən üzr istəyib. Məhkəmə qərarında təqsirləndirilən şəxsin və yaxınlarının səhhətindəki problemləri yüngülləşdirici hal kimi nəzərə alıb.
Miqrant 17 il müddətinə ciddi rejimli islah müəssisəsində cəza çəkməyə məhkum edilib. Həmçinin məhkumdan hər bir zərərçəkənin xeyrinə 1 milyon rubl təzminat tutulub.
Nilay