Rusiyada Uralda 30 yaşlı kişi əvvəlcə həyat yoldaşını döyüb, daha sonra isə 41 yaşlı yüngül həyat tərzi keçirən qadına təcavüz etməkdə şübhəli bilinir.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, qadın ərinin telefonunda xəyanətə dair dəlillər aşkarladıqdan sonra kişi ona üz və baş nahiyəsindən zərbələr endirib. Qadın xəsarət izlərini qeydə aldıraraq polisə müraciət edib.
Bir müddət sonra hüquq-mühafizə orqanları qadının yaşadığı ünvana gələrək ərinin yüngül həyat tərzi keçirən qadına təcavüzdə şübhəli bilindiyini bildiriblər. Zərərçəkənin bacısının sözlərinə görə, qadın hadisədən bəri böyük sarsıntı keçirir.
Məlum olub ki, şübhəli şəxs əvvəllər qarət və soyğunçuluq cinayətlərinə görə koloniyada cəza çəkib və yaxın vaxtlarda azadlığa buraxılıb. Hazırda həmin şəxs saxlanılıb və barəsində cinayət işi açılıb.
Nilay