MƏDƏNİYYƏT - ŞOU
Səmranın maşınına hücum olundu - FOTO
Müğənni Səmra Rəhimlinin maşınına hücum edilib.
32gun.az-ın olay-a istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində lentə alınıb.
Naməlum şəxs sənətçiyə məxsus “Chevrolet Camaro” markalı avtomobilinin pəncərəsini sındırıb, dəyərli əşyaları götürərək ərazidən uzaqlaşıb.
S.Rəhimli məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Qeyd edək ki, sözügedən “Chevrolet” sənətçiyə ad günündə anası tərəfindən hədiyyə olunmuşdu.