MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
"Deha" serialı final qərarı verib?
Türkiyənin məşhur "Deha" serialının 26-cı bölümü gözlənildiyi kimi yayımlanmayıb. 32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi Ramazan bayramının ilk gününə təsadüf etməsidir.
Məlumata görə, 30 mart tarixində "Deha" serialının yeni bölümü əvəzinə yerli "Tokatçı" filmi efirə verilib.
Bundan əlavə, "Deha"nın erkən final edəcəyi ilə bağlı iddialar gündəmdə idi. Lakin bu barədə hələ ki, rəsmi açıqlama verilməyib. Serialın yeni bölümünün 6 aprel bazar günü yayımlanacağı gözlənilir.
Ayxan