DÜNYA ÖZ XƏBƏR

DƏHŞƏTLİ ƏMƏL: İş yoldaşının Coca-Colası"na "kley" qatıb zəhərləmək istədi

ABŞ-da kişi iş yoldaşının Coca-Colasına super yapışqan qatıb

ABŞ-ın Viskonsin ştatında kişi iş yoldaşını "Coca-Colası"na super yapışqan ("super kley") qataraq zəhərləməyə çalışıb.

32gun.az bildirir ki, bu barədə People nəşri məlumat yayıb.

Viskonsin Ştat Yarmarkasında çalışan qadın içkilərində qəribə dad və iy hiss edib. Hər dəfə içdikdən sonra özünü pis hiss edən qadın bunun səbəbini öyrənmək üçün iş yerinə videokamera yerləşdirib.

Görüntülərdə onun həmkarı Cozef Rossun əlcək taxaraq kiçik bir tüp vasitəsilə Coca-Cola içkisinə naməlum maddə əlavə etdiyi görünür. Hadisəni aşkarladıqdan sonra qadın yarmarkanın mühafizə xidmətinə müraciət edib.

İstintaq zamanı Cozef Ross bu hərəkətini məqsədli şəkildə etdiyini etiraf edib. O, polis tərəfindən saxlanılıb və qəsdən zəhərləmə cəhdi ilə ittiham edilib.

Ayxan 

Oxşar Xəbərlər