DÜNYA ÖZ XƏBƏR

Ukraynada sülhə gedən yol hələ də uzaqdadır - Çinin xarici işlər naziri

Çin Xarici İşlər naziri Van İ Ukrayna münaqişəsində qarşıdurma tərəflərinin əsas məsələlər üzrə mövqelərinin ciddi şəkildə fərqləndiyini bildirib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, O, sülhə gedən yolun hələ də uzaq olduğunu vurğulayıb.

"Bir çox vacib məsələlərdə tərəflər hələ də ciddi fikir ayrılığına malikdir, sülhə nail olmaq üçün uzun bir yol var", – deyə o, RİA Novosti-yə müsahibəsində qeyd edib.

Van İ Rusiya Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvaya rəsmi səfərə gəlib. 31 mart - 2 aprel tarixlərini əhatə edən səfər çərçivəsində Rusiya-Çin münasibətlərinin inkişaf perspektivləri, yüksək səviyyəli əməkdaşlıq və beynəlxalq gündəmin aktual məsələləri, xüsusilə Ukraynadakı vəziyyət müzakirə ediləcək. Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinlə Van İnin yaxın vaxtlarda görüşəcəyini təsdiqləyib.

Ayxan 

Oxşar Xəbərlər