Rusiyada Kemerovo vilayətinin Novokuznetsk şəhərində adi bir ziyafət qanlı dava ilə nəticələnib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Kemerovo vilayəti üzrə "Rosqvardiya" idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Kosıgin küçəsində yerləşən çoxmənzilli binalardan birində baş verib.
Hadisə yerinə gələn "Rosqvardiya" əməkdaşları balta ilə ağır yaralanmış 36 yaşlı kişi və 51 yaşlı qadını aşkar ediblər. Mənzildə güclü alkoqol sərxoşluğu vəziyyətində olan aqressiv ev sahibi də tapılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, ev sahibi iki tanışını birgə içki məclisi üçün dəvət edib. Lakin, müəyyən bir məqamda, alkoqolun təsiri altında olan ev sahibi qonaqlarına qarşı aqressiya göstərməyə başlayıb. Münaqişə qısa müddətdə zorakılığa çevrilib və ev sahibi balta götürərək qonaqlarına ağır xəsarətlər yetirib. Yaralılardan biri təcili yardım xidmətlərinə zəng etməyi bacarıb.
"Rosqvardiya" əməkdaşları aqressoru dərhal saxlayaraq, sonrakı araşdırma üçün polis əməkdaşlarına təhvil veriblər. Yaralılara tibbi yardım göstərilib.
Ayxan