DÜNYA ÖZ XƏBƏR

Stavropolda Beştau dağında yanğın baş verib - VİDEO

Stavropol diyarının Lermontov şəhərində Beştau dağında quru otlar yanıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti  məlumat yayıb.

"Beştauda 900 kvadratmetr ərazini əhatə edən quru bitki örtüyündə yanğın baş verib", - məlumatda bildirilib.

Yanğının söndürülməsində 2 ədəd xüsusi texnikanın dəstəyi ilə 7 yanğınsöndürən iştirak edir.

Beştau təbiət abidəsidir. Hündürlüyü 1401 metrə çatır. Dağ və onun ətrafı Beştauqorski Təbiət Qoruğunun bir hissəsidir.

Bundan əvvəl Moskvanın cənubundakı Bitsevski meşəsində yanğınla bağlı xəbərlər yayılmışdı . Çertanovo rayonunun sakinləri meşədə güclü yanğın barədə məlumat veriblər. Yanğın yerində qara tüstü sütunu görünüb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Varşavskoe şossesində zibil və avtomobil təkərləri yanıb. 100 kvadratmetr sahədə yanğın söndürülüb.

Ayxan 

Oxşar Xəbərlər