İstanbulda dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ataşehir şəhərində MC adlı şəxs boşanma prosesində olduğu həyat yoldaşının qapısını döyərək havaya atəş açaraq hədələyib.
İddiaya görə, MC problem yaşadığı keçmiş həyat yoldaşının evinin qarşısına çıxıb. İkilinin söhbəti bir müddət sonra mübahisəyə çevrilib. Mübahisə böyüdükcə MC arvadının yanına gəlməsi üçün özü ilə gətirdiyi silahla havaya atəş açıb. Həyat yoldaşı onun yanına gəlməyincə, MC tapançanı onun başına doğrultaraq intihara cəhd edib. Vəziyyətdən sonra MC-nin yanına gələn qadın, bir müddət mübahisə etdikdən sonra cütlük maşına minərək hadisə yerindən uzaqlaşıb. Silah səslərini eşidən vətəndaşlar vəziyyəti polisə xəbər verib. Xəbəri alan polis qrupları ünvana gələrək şübhəlinin tutulması üçün əməliyyata başlayıb.
Görülən işlər nəticəsində MC Ataşehir Asayiş Büro qrupları tərəfindən tutularaq həbs edilib.
Ayxan