SOSIAL ÖZ XƏBƏR

Rəcəb Babaşov 20 gündür Qazaxı tərk edib - Səhhətində problem yaranıb?

Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov təxminən 20 gündür ki, rayonda yoxdur.

32gun.az-a daxil olan şikayətdə bildirilir ki, rayon sakinləri bir müddətdit onun qəbuluna düşməyə çaışsa da mümkün olmur. 

Redaksiyamıza daxil olan məlumatda Rəcəb Babaşovun səhhətində ciddi problem yarandığı iddia edilib. Bu səbəbdən o ölkə xaricinə çıxıb.

Məsələ ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra hakimiyyətindən bildirib ki, rayon başçısı Rəcəb Babaşov bir müddətdir ki, məzuniyyətdədir.

"Rəcəb müəllim məzuniyyətdədir. O gələn həftə qayıdacaq".

Səhhəti ilə bağlı isə heç bir məlumat verilməyib.

Ayxan

Oxşar Xəbərlər