DÜNYA ÖZ XƏBƏR

Amerikalı turist Hindistanda vəhşi qəbiləyə Coca-Cola verdiyinə görə həbs edilib

Hindistan hakimiyyəti qadağan olunmuş adada təcrid olunmuş qəbilə ilə əlaqə saxlamağa cəhd edən amerikalını həbs edib.

32gun.az bildirir ki, bu barədə “The Mirror” yazıb. 

Polisin məlumatına görə, ABŞ vətəndaşı olan 24 yaşlı Mixail Polyakov martın 26-da Andaman və Nikobar adalarının paytaxtı Port Bleyrə gəlib. Üç gün sonra o, əldəqayırma qayıqla dünyanın ən təcrid olunmuş qəbiləsinin yaşadığı ucqar Şimali Sentinel adasına yola düşüb. Orada olan kimi Polyakov fit və jestlərlə sentinellərin diqqətini cəlb etməyə çalışsa da, heç bir cavab almayıb. Sonra o, sahilə endi, video çəkdi və “hədiyyələrini” - bir qutu Coca-Cola və kokos qoyub. 

Polyakov materikə qayıtdıqdan sonra yerli balıqçılar tərəfindən görülüb və səlahiyyətlilərə məlumat verib. Turist qapalı qəbilə rezervasiyasına müdaxilə etdiyinə və yerli qanunları pozduğuna görə dərhal həbs edilib və polis onun qayığını, motorunu və adaya eniş zamanı çəkilmiş video görüntüləri olan GoPro kamerasını ələ keçirib. Görünür, Polyakov adaya çatmağa cəhd etməzdən əvvəl dəniz şəraitini, gelgitləri və potensial eniş yerlərini öyrənib.

Hadisə yerli hüquq müdafiəçilərinin kəskin tənqidinə səbəb olub. Beləliklə, Survival International təşkilatının direktoru Caroline Pearce Polyakovun hərəkətlərini həm özü, həm də Sentinellər üçün məsuliyyətsiz və təhlükəli adlandırdı. Bu qəbilə, qeyd edildiyi kimi, kənar şəxslərə aqressiv reaksiyası ilə tanınır və onların ərazisinə səfər etmək Hindistan qanunları ilə qəti şəkildə qadağandır. Qadağa Sentinelləri toxunulmazlığı olmayan xarici xəstəliklərdən qorumaq üçün tətbiq edilib.

Ayxan 

Oxşar Xəbərlər