ABŞ -da kəskin hava şəraiti nəticəsində azı 7 nəfər ölüb .
32gun.az bildirir ki, vu barədə aprelin 3-də CNN məlumat yayıb.
“Tornadolar və şiddətli tufanlar nəticəsində azı 7 nəfər ölüb: 5 nəfər Tennessi, 1 nəfər Missuri və 1 nəfər İndiana ştatındadır”, - məlumatda deyilir.
İndiana ştatında bir sürücünün fırtına nəticəsində düşən elektrik xəttinə dəyməsi nəticəsində həlak olduğu dəqiqləşib. Tennessi ştatında küləyin qoşqu aşması nəticəsində daha iki nəfər həlak olub.
Arkanzasın qərb hissəsinin ən böyük təhlükə altında olduğu vurğulanıb. Orada yaxın gələcəkdə güclü tornadolar yarana bilər.
Martın 31-də ABŞ-da tornadolar nəticəsində 5 nəfərin öldüyü bildirilmişdi . Bunlardan üç uşaq Miçiqan ştatında hava şəraiti ilə əlaqədar avtomobil qəzasında həlak olub.
Ayxan