DÜNYA ÖZ XƏBƏR

45 yaşlı qadın qısqanclıq zəminində ikinci ərini də bıçaqlayaraq öldürüb

Rusiyada Volqoqradda birinci ərinin qətlinə görə cəza çəkən yerli sakin yeni ərini qısqanclıq zəminində öldürüb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat şəhərin Dzerjinski Rayon Məhkəməsinin Telegram kanalında yer alıb. Qeyd olunur ki, 2015-ci ildə rusiyalı qadın Anna N. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə - ərini qısqanclıq zəminində öldürüb. Cəzasını çəkdikdən sonra qadın yeni sevgilisi ilə tanış olub və tezliklə onunla evlənib.

2024-cü ilin noyabrında cütlük evdə oturub spirtli içki qəbul edirdi. Yeni ərini qısqanan qadın mətbəx bıçağı ilə kişinin sinəsindən bıçaqlayıb, bundan sonra təcili yardım çağırıb. Kişi xəstəxanada dünyasını dəyişib.

Volqoqradlı qadın saxlanılıb. O, qətldə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin kişinin qızının xeyrinə 500 min rubl mənəvi zərər və dəfn xərcləri üçün 59,300 rubl təzminat ödəməyə məcbur edildi.

Hökm hələ qüvvəyə minməyib.

Ayxan 

Oxşar Xəbərlər