DÜNYA ÖZ XƏBƏR

Yük maşını parkda beton dirəklərə çırpıldı - Sürücü öldü

Ankarada parkda beton dirəklərə çırpılan yük maşını sürücüsü həyatını itirib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bostancı küçəsində, Battalgazi məhəlləsində TB (55) idarə etdiyi 06 BCJ 956 dövlət nömrə nişanlı yük maşını əvvəlcə elektrik dirəyinə, daha sonra Çamlık parkının içərisindəki beton sütunlara çırpılıb.

Ətrafdakıların xəbəri üzərinə qəza yerinə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib.

Qəza nəticəsində yük maşını sürücüsünün hadisə yerində öldüyü müəyyən edilib.

Digər tərəfdən, ərazidəki insanlar sürücünün dayanacaqda gözləyən insanları vurmamaq üçün parkdakı beton məhəccərlərə girdiyini iddia edib.

Ayxan 

Oxşar Xəbərlər