Muğlanın Dalaman rayonunda orta məktəb şagirdi olan 12 yaşlı Öykü Nas Meşe ürək çatışmazlığından aparıldığı xəstəxanada həyatını itirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, doğulduğu gündən ürək xəstəliyi diaqnozu qoyulan və bir çox əməliyyatlar keçirən Meşe Ege Universiteti Tibb Fakültəsində son ürək əməliyyatından sonra vəziyyəti ağırlaşdıqdan sonra reanimasiyaya yerləşdirilib. Meşe infarkt nəticəsində dünyasını dəyişib.
Dalaman Mərkəz Məscidində təşkil edilən dəfn mərasiminə Meşenin ailəsi, yaxınları, müəllimləri, dostları və sevənləri qatılıb. Uşaq Killik qəbiristanlığında dəfn edilib.
Ayxan