DÜNYA ÖZ XƏBƏR

Qan donduran vəhşilik! keçmiş nişanlısını və anasını güllələyib, sonra isə...

İzmirdə bir şəxs küçənin ortasında mübahisə etdikdən sonra keçmiş nişanlısı ilə anasını güllələyib, sonra intihar edib. əhşətli hadisədə hücum edən şəxs və keçmiş nişanlısı ölüb, anası isə ağır yaralanıb. 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə saat 17:00 radələrində Yeni Mahalledəki Park Yaşam Ataşehir Saytının girişində baş verib.

Məlumata görə, Necati Yorgun (35) keçmiş nişanlısı Selen Sakın (41) yanına gəlib. Burada Sakın və anası Serpil K. (70) ilə mübahisə edən Yorgun özü ilə gətirdiyi silahla ana və qızına atəş açıb. Selen Sakın və anası Serpil K. qanlar içində yerə yıxılarkən, silahlı şəxs eyni silahla özünü sinəsindən vurub. Şahidlərin hadisə barədə məlumat verməsindən sonra bölgəyə polis və tibb qrupları sövq edilib.

Ayxan

Oxşar Xəbərlər