DÜNYA ÖZ XƏBƏR

Topunu götürmək istəyərkən avtomobilin vurduğu uşaq həyatını itirib

Ağrıda qaçan topunu almaq üçün yola çıxan 10 yaşlı uşaq avtomobilin vurması nəticəsində həyatını itirib. Uşağın qohumları dəhşətli xəbəri alanda məyus olublar.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza şəhər mərkəzindəki çevre yolunda baş verib. Məlumata görə, İ.Ö.-nün idarəsində olan, nömrəsi bilinməyən avtomobil, küçədə oynayarkən topunun dalınca yola çıxan 10 yaşlı M.A.Ö.-yə dəyib. Toqquşmanın təsiri ilə kənara savrulan uşaq ağır yaralanıb. Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və polis qrupları göndərilib. M.A.Ö.-yə ilkin tibbi müdaxilə hadisə yerində edilib və o, təcili yardım maşını ilə Ağrı Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Lakin göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, M.A.Ö. həyatını itirib.

Ayxan

Oxşar Xəbərlər