DÜNYA ÖZ XƏBƏR

Həbsxanada ŞOK HADİSƏ! Onu ziyarətə edən həyat yoldaşını öldürdü

Almaniyanın Magdeburg şəhəri yaxınlığındakı Burg həbsxanasında baş verən dəhşətli hadisə ölkə gündəminə düşüb.

32gun.az  bildirir ki, bu barədə  Stendal Prokurorluğuna məlumata yayıb.

35 yaşlı bir qadın, həbsdə olan 37 yaşlı həyat yoldaşını ziyarət etdikdən sonra həbsxananın xüsusi görüş otağında ölü tapılıb.

Məlumata görə, cütlük uzunmüddətli görüşlər üçün ayrılmış və daimi nəzarət olunmayan otaqda təkbətək idi. Belə otaqlarda adətən nə səs yazısı, nə də vizual müşahidə sistemi tətbiq edilmir.

Qadının meyiti otopsiya üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Prokurorluq, qadını öldürməkdə şübhəli bilinən məhkum barəsində istintaqa başlayıb. Hadisənin detalları ilə bağlı araşdırmalar davam edir.

Ayxan

Oxşar Xəbərlər