MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur qadın reper futbol klubu alıb

Məşhur repervə həyat yoldaşı “Çertanovo-media” futbol klubunu aldı – tam rebrendinq planlaşdırılır

Rusiyalı reper və bloqer Darya Zoteyeva (İnstasamka) həyat yoldaşı, prodüser Oleg Eropkin (Moneyken) ilə birlikdə “Çertanovo-media” futbol klubunu aldığını açıqlayıb.

32gun.az bildirir ki, o bu barədə "Instagram"da məlumat verib.

Cütlüyün sözlərinə görə, klub tam rebrendinq mərhələsinə daxil olur. Komandanın adı, forması və bütün oyunçu heyəti dəyişdiriləcək. Klubun rəngi isə mavi əvəzinə qırmızı olacaq. İnstasamka bu dəyişiklikləri təqdim edən promo video da paylaşıb.

Darya Zoteyeva və Oleg Eropkin 2021-ci ilin noyabrında ailə həyatı qurublar. 2023-cü ildə isə ikinci dəfə toy mərasimi təşkil ediblər.

Bu arada, mart ayında PostNews Telegram kanalı xəbər verib ki, Moneyken son səkkiz ay ərzində yol hərəkəti qaydalarını 297 dəfə pozub. Cərimələr Oleg Eropkina məxsus 2021-ci il istehsalı Lamborghini Urus avtomobilinə yazılıb. Onun sürət həddini 248 dəfə aşdığı, 23 dəfə avtobus zolağına daxil olduğu və 13 dəfə yol nişanlarına əməl etmədiyi bildirilib.

Nilay

Oxşar Xəbərlər