Moskvada bir kişi qadına qarşı zorakılıq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub.
32gun.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) paytaxt üzrə idarəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, hadisə Entuziastlar şossesində yerləşən mənzildə baş verib. Əcnəbi şəxs tanışı olan qadına hücum edib və onu hədələyərək zorlayıb. Bildirilir ki, həmin şəxs həmçinin digər seksual xarakterli zorakı hərəkətlər də edib. Hadisə zamanı o, sərxoş vəziyyətdə olub.
Zərərçəkmiş qadın dərhal polisə müraciət edib. Faktla bağlı cinayət işi açılıb və şübhəliyə rəsmi ittiham irəli sürülüb.
“Moskva İstintaq Komitəsinin əməkdaşları yaxın vaxtlarda məhkəməyə müraciət edərək, şübhəlinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyəcək”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl 8-ci sinif şagirdi ögey atasını zorlamada ittiham edib. Onun sözlərinə görə, kişi nənələrinin evində olarkən ona qarşı əxlaqsız hərəkətlər edib. Hazırda kişinin ifadəsi alınıb və o, sərbəst buraxılıb. Cinayət işinin başlanması məsələsinə baxılır.
Nilay