DÜNYA ÖZ XƏBƏR

Körpəsinin 16 il əvvəl doğum evində dəyişdirildiyini düşünən anaya DNT testinin nəticələri açıqlanıb

Rusiyada Yakutiyada yaşayan Darya Luzina 16 il əvvəl doğum evində körpəsinin başqa bir uşaqla dəyişdirildiyini ehtimal edir.

32gun.az bildirir ki, onun sözlərinə görə, aprelin 7-də İzvestiyaya verdiyi müsahibədə eksqumasiya olunan uşağın DNT ekspertizasının nəticəsi ona bildirilsə də, müstəqil araşdırma üçün biomaterialın verilməsindən imtina edilib.

“Ekspertiza nəticələrini istintaqçı telefonla mənə çatdırdı. Bildirdi ki, uşaq mənim övladımdır. Amma əlavə müstəqil ekspertiza üçün biomaterial istəyəndə rədd cavabı aldım. Guya müstəqil ekspertizanı özləri Habarovskda keçirirlər. Hələ ki, əlimdə heç bir rəsmi sənəd yoxdur”, – deyə Luzina bildirib.

Yakutiyanın İstintaq Komitəsi mart ayında uşağın məzarını açaraq eksqumasiya edib. Rəsmi məlumata görə, məzarda aşağıda Luzinanın mərhum atası, yuxarıda isə uşağın tabutu yerləşib. Luzina məzarın atasının ayaq tərəfdən qazılmasının biomaterialın düzgün götürülmədiyi şübhəsini doğurduğunu qeyd edib.

İstintaq Komitəsi bildirib ki, Luzina ilə eksqumasiya olunan uşağın DNT-si müqayisə edilib və nəticədə həmin uşağın Luzinanın bioloji qızı olduğu müəyyən olunub. Bununla belə, Luzinanın müstəqil ekspertiza üçün biomaterial istəyi rədd edilib.

Xatırladılır ki, Luzina martın 14-də morq sənədlərindən uşağın cinsiyyətinin qız olduğunu öyrəndiyini açıqlamışdı. Halbuki, doğum zamanı sağlam bir oğlan dünyaya gətirdiyini iddia edir. O, doğuşu qəbul edən həkim İrina Yevsikovanın sosial şəbəkə hesabında özünə bənzəyən uşaqla fotoşəkil gördüyünü də əlavə edib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək, həkimin məsuliyyətə cəlb olunmasını tələb edib.

Martın 20-də isə Tomponski rayon prokurorluğu İzvestiyanın hazırladığı süjet əsasında araşdırmaya başlayıb. Tibb müəssisəsinin əməkdaşlarının fəaliyyətinin qanunauyğunluğu və səhiyyə qanunvericiliyinə əməl olunub-olunmaması qiymətləndiriləcək.

Nilay 

Oxşar Xəbərlər