Rusiyada Şəhər polisi növbətçisinin meyiti Krasnodarın mərkəzində park edilmiş avtomobildə tapılıb.
32gun.az bildirir ki, bu barədə yerli “93.ru” xəbər portalı məlumat yayıb.
Həmin şəxsin intihar etdiyi dəqiqləşdirilir.
Hadisə şahidlərinin sözlərinə görə, hazırda Kutuzov və Novokuzneçnaya kəsişməsinin ətrafı bağlıdır. Yol polisi əməkdaşları iş başındadır.
Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib ki, faktla bağlı araşdırma başlayıb.
“Komsomolskaya Pravda” qəzeti əlavə edib ki, bəzi məlumatlara görə, kişinin ölümünə idman mərclərinin uğursuz oyunu səbəb ola bilər.
Ayxan