DÜNYA ÖZ XƏBƏR

Türkiyə limon ixracına qoyulan qadağaları ləğv edib

Türkiyə limon ixracına qoyulan qadağanı ləğv etdi – Nazir açıqlama verdi

Türkiyənin Ticarət naziri Ömər Bolat fermerlər və ixracatçılarla görüşdən sonra ölkənin limon ixracına qadağa qoymayacağını bildirib.

32gun.az bildirir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, bundan əvvəl ölkədə limon ixracına müvəqqəti qadağa tətbiq olunmuşdu. Səbəb isə anomal şaxtalar nəticəsində sitrus meyvələrinin əsas istehsal bölgələrində məhsulun zərər görməsi idi. Türkiyə limon ixracında Rusiyanın əsas təchizatçılarından biri hesab olunur.

"İxracla bağlı müvəqqəti məhdudiyyət ləğv edildi. Daxili bazarda qiymət dinamikası bundan sonra da diqqətlə izlənəcək və yoxlamalar davam edəcək", – deyə Bolat sosial şəbəkə X-də yazıb.

Nazir əlavə edib ki, hökumət yerli fermerlərə, istehsalçılara, ixracatçılara, sahibkarlara və istehlakçılara dəstəyi davam etdirəcək.

Ayxan 

Oxşar Xəbərlər