Rusiyada Voronej vilayətinin Ostrqojsk rayonunda çoxuşaqlı ana dörd yaşlı oğluna qarşı zorakılıq edərək bu anı videoya çəkib və tanımadığı şəxsə sosial şəbəkədə göndərib.
32gun.az bildirir ki, bu barədə Vesti Voronej məlumat yayıb.
İnsidentin baş verdiyi rayonun sakini olan qadın, videonu göndərdiyi kişi, Volqoqrad sakini dərhal polisə müraciət edib. Polis əməkdaşları qadını həbs edib və onu psixiatriya xəstəxanasına göndərərək məhkəmə ekspertizası keçirməsini təmin ediblər.
Başlanğıcda, zorakılığa məruz qalan uşağın 13 yaşlı oğlan olduğu barədə məlumat yayılmışdı. Lakin sonradan məlum olub ki, hadisənin qurbanı dörd yaşlı uşaqdır.
Nilay