İtaliyada 4 yaşlı uşaq səhvən fövqəladə vəziyyət yaradır
İtaliyanın Oderzo şəhərində (Treviso əyaləti) 4 yaşlı uşaq təsadüfən genişmiqyaslı fövqəladə vəziyyət çağırışı yaradıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, qısa müddət ərzində fövqəladə xidmətlərə aid operativ mərkəzlər – Suem 118 və Carabinieri 112 – təxminən 70 səssiz zəng alıb ki, bu da işçiləri ciddi hadisə haqqında şübhələndirib.
Ətraflı yoxlamalar nəticəsində gözlənilməz səbəb məlum olub: uşağın oyun zamanı uşaqlar üçün nəzərdə tutulmuş smart saatında fövqəladə çağırış funksiyası təsadüfən aktivləşib. Cihaz 40 dəfə avtomatik olaraq karabinərlərə, 30 dəfə isə Suem 118 tibbi xidmətinə zəng edib, nəhayət patrul zənglərin mənbəyini tapıb.
Hadisə yerinə gələn karabinərlər, uşağın saatdakı SOS düyməsini təsadüfən basdığını aşkar ediblər. Hər hansı real təhdid olmadığı məlum olub, amma cihaz müvəqqəti olaraq götürülüb.
Ayxan