Rusiya Federasiyasının Novonikolayevsk rayonu ərazisində dəhşətli hadisə baş verib. İstintaq Komitəsinin məlumatına görə, sərxoş vəziyyətdə olan bir kişi qısqanclıq zəminində sevdiyi qadını polen (odun parçası) ilə dəfələrlə vuraraq ağır xəsarətlər yetirib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Hadisədən sonra şübhəli şəxs baş verənləri işlədiyi müəssisənin rəhbərinə danışıb. İş yoldaşı isə hüquq-mühafizə orqanlarına məlumat verib. Kişi saxlanılıb, ona qarşı “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsə 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Ayxan