DÜNYA ÖZ XƏBƏR

Alətlərlə kəsilmiş pişik balaları tapılıb

Bursansanın Gemlik rayonunda çimərlikdə kəsici alətlə  öldürülmüş pişik balaları tapılıb. 

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gəmlik rayonu Orhaniye məhəlləsindəki Kayıkhane küçəsində naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə vəhşicəsinə öldürülən pişik balası küçə sakinləri tərəfindən tapılıb. Bölgədəki heyvansevərlər və vətəndaşlar hadisəyə sərt reaksiya göstərib. Bir çox insan sosial şəbəkələrdə reaksiya mesajları paylaşıb, cavabdehlərin tez bir zamanda tapılaraq məsuliyyətə cəlb olunması üçün çağırışlar edilib.

Gemlik Respublika Prokurorluğu hadisə ilə bağlı 5199 saylı Heyvanları Qoruma Qanunu çərçivəsində araşdırma başlatdı. Hadisəni törədən və ya edənlərin təsbiti üçün işlər davam edərkən, əlaqədar birliklərə əlavə təlimatlar verildiyi bildirilib.

Ayxan 

Oxşar Xəbərlər