Çelyabinskdə 3 yaşlı uşaq çoxmərtəbəli binanın pəncərəsindən yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilib.
32gun.az bildirir ki, bu barədə Rusiya Federasiyasının bölgə üzrə İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
Hadisə aprelin 25-də axşam saatlarında Eltonskaya küçəsi 2-ya ünvanında baş verib. Əvvəlcədən oğlan stuldan istifadə edərək eyvanın pəncərəsinin üstünə çıxıb. Bəzi məlumatlara görə, o, oyuncağa əlini uzadıb. Bu zaman ana başqa otaqda olub
Hazırda uşağa bütün lazımi tibbi yardım göstərilir. Onun vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmır. İstintaq orqanları araşdırma aparır və hadisənin təfərrüatlarını müəyyənləşdirirlər.
Ayxan