Məşhur müğənni 66 yaşında vəfat etdi
Velsli rok ifaçısı Mayk Piters 66 yaşında vəfat etdi
Velsli rok qrupu The Alarmın vokalçısı və Britaniya İmperiyası Ordeninin kavaleri Mayk Piters 66 yaşında dünyasını dəyişib.
32gun.az bildirir ki, bu barədə The Guardian musiqiçinin təsis etdiyi Love Hope Strength xeyriyyə təşkilatına istinadən xəbər yayıb.
Məlumata görə, ona 30 ildən çox əvvəl xroniki limfositar leykoz (XLL) diaqnozu qoyulmuşdu. Ötən il isə Pitersdə XLL-in daha aqressiv formasına səbəb olan Rixter sindromu aşkarlanmışdı.
“Mayk müxtəlif dərman müalicələri, kimyaterapiya kursları keçmiş, həmçinin xərçənglə mübarizə üçün eksperimental terapiya üsullarını da sınaqdan keçirmişdi”, – deyə xəbərdə bildirilir.
Piters 1959-cu il fevralın 25-də Böyük Britaniyanın Prestatin şəhərində anadan olub. Musiqi karyerasına 1975-ci ildə Hairy Hippie adlı qrupda başlamış, daha sonra The Toilets və 1978-ci ildə Seventeen kollektivinin üzvü olmuşdu.
O, ən böyük uğurunu 1980-ci illərin əvvəlində The Alarm qrupu ilə qazanmışdı. Qrup bir çox konsertlərdə U2 və Status Quo kimi məşhur musiqiçilərin önündə çıxış etmişdi.
Nilay