Əməkdar artistə və bəstəkara bu ölkəyə girişi qadağan edildi / SƏBƏB...
Latviya Kristina Orbakayte və Goran Breqoviçə ölkəyə giriş qadağası qoydu
Latviya hakimiyyəti Rusiyanın əməkdar artisti Kristina Orbakayte və serb musiqiçi, bəstəkar Goran Breqoviçin ölkəyə girişinə qadağa qoyub.
32gun.az xəbər verir ki, bu barədə Latviya Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Təhlükəsizlik orqanları bildiriblər ki, hər iki sənətkarın çıxışları ölkənin milli maraqlarına ziddir. Onların hər ikisi daha əvvəl Krımda konsert proqramı ilə çıxış ediblər. Bundan əlavə, Goran Breqoviç Rusiya hərəkətlərini açıq şəkildə dəstəkləyib.
Orbakayte və Breqoviç bu yay Latviyada konsert verməyi planlaşdırırdılar. Yerli media konsertlərə bilet satışının hələ də davam etdiyini yazır.
Goran Breqoviç Rusiyada rejissor Emir Kusturitsanın filmlərinə bəstələdiyi musiqi və "Bijelo Dugme" qrupundakı fəaliyyəti ilə tanınır.
Kristina Orbakaytenin iki vətəndaşlığı var – Rusiya və Litva. Litva vətəndaşlığını 2002-ci ildə, Litva vətəndaşı olan nənə və babasına əsasən əldə edib.
Nilay