MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

51 yaşlı model rəngarəng sviterinə görə tənqid etdilər

Model Xaydi Klum pərdələrə rəngarəng sviterdə çıxıb və bunun nəticəsində sərt tənqidlərə məruz qalıb.

32gun.az Daily Mail-=ə istinadən məlumatına görə, Xaydi Klum çiçəkli sviterdə poz verərək, onu mavi Chanel çantası, günəş eynəkləri və leopar naxışlı çəkmələrlə tamamlayıb. Saçlarını düzləşdirib və sadə bir gündüz makiyajı edib.

Bununla yanaşı, sosial şəbəkə istifadəçiləri bu görünüşü sərt şəkildə tənqid ediblər: "Kloynessa", "Çox qəribə görünüş", "Beri həsrət", "Dəyişdir paltarını" kimi şərhlər yazılıb.

Keçən həftə, Xaydi Klum Nyu-Yorkda küçədə çəkilmişdi. Supermodel dizinə qədər yarıq olan və dərin dekolteyi olan qara paltarla göründü. O, günəş eynəkləri, parlaq sırğalar, zəncir və qolbaqlar, həmçinin, yüksək dabanlı ayaqqabılar geyinmişdi. Çəkiliş zamanı güclü külək paltarı qaldırmış və paparatsilər supermodelin alt paltarını çəkiblər.

Xaydi Klumun dörd övladı var: italiyalı iş adamı Flavio Briatore-dən olan qızı Leni və Britaniyalı musiqiçi Seal-dan olan oğulları Henri, Yohann və Lu. Hazırda supermodel alman Tokio Hotel qrupunun gitaraçısı Tom Kaulitz ilə evlidir. Cütlük 2019-cu ildə evlənib.

Nilay

Oxşar Xəbərlər