Cennifer Lopez stilistini xilas etdi
Cennifer Lopez yanğından sonra stilistini xilas etdi
Aktrisa və müğənni Cennifer Lopez stilist Barri Li Moeni baş vermiş avtomobil qəzası və yanğından sonra xilas edib.
32gun.az bildirir ki, stilist bu barədə Instagram səhifəsində məlumat verib.
O bildirib ki, Texas ştatının Amarillo şəhəri yaxınlığında, əfsanəvi 66-cı magistral yolda hərəkət edərkən onun kiçik jip avtomobili alışıb. “Bu o qədər güclü bir yanğın idi ki, avtomobilimi, dəyərli şəxsi əşyalarımı və peşəkar ləvazimatlarımın əksəriyyətini itirdim. Cəmi 30 dəqiqəyə dünyam gözlərimin önündə yoxa çıxdı,” – deyə Moe qeyd edib.
Cennifer Lopez hadisədən sonra ona evə salamat şəkildə qayıtmaqda kömək edib.
Qeyd edək ki, mart ayının sonunda aktyor Ben Afflek GQ jurnalına verdiyi müsahibədə Cennifer Lopezlə boşanmasının səbəbləri barədə ilk dəfə danışıb. O, Lopezin “Heç zaman danışılmamış ən böyük sevgi hekayəsi” sənədli filminin münasibətlərində ciddi böhrana səbəb olduğu barədə şayiələri təkzib edib. Afflek etiraf edib ki, ikisi həyatlarını ictimailəşdirmə mövzusunda həmişə razılaşa bilməyiblər, lakin arvadını dəstəkləmək üçün filmdə çəkilməyə razılaşıb.
Nilay