Çin və Rusiya ilə birgə filmlər çəkəcək
Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpin və Çin nümayəndə heyəti ilə geniş tərkibli görüşdə iki ölkənin gələcəkdə birgə çəkəcəyi filmlərdən danışıb.
32gun.az bildirir ki, bu barədə Rusiya mediası məlumat verib.
O bildirib ki, Rusiya və Çin arasında birgə film istehsalı genişlənir və bu sahədə əməkdaşlıq BRİKS sammitində də müzakirə olunub.
Putin qeyd edib ki, 2025-ci ilin fevralında Rusiyada ekranlara çıxan Rusiya-Çin filmi olan Qırmızı İpək uğurlu premyera ilə qarşılanıb. “Əminəm ki, bizi qarşıda Rusiya və Çində maraqla izləniləcək çoxsaylı birgə filmlər gözləyir”, – deyə Putin vurğulayıb.
Qeyd edək ki, Çin Sədri Si Cinpin başçılıq etdiyi nümayəndə heyəti ilə 7 may tarixində Moskvaya səfər edib. Görüşlər həm dar, həm də geniş tərkibdə keçirilib.
Ayaz