DÜNYA

SON DƏQİQƏ! Ukrayna MN döyüşlərlə bağlı son vəziyyəti AÇIQLADI

Ukrayna Müdafiə Nazirliyi martın 7-i saat 6:00-a qədər olan əməliyyat şəraiti ilə bağlı məlumat yayıb.

32gun.az xəbər verir ki, məlumatda deyilir.

"Ukrayna xalqının Rusiyaya qarşı qəhrəmancasına müqavimətinin on ikinci günü başlayıb.

Düşmən Ukraynaya qarşı hücumunu davam etdirir.

Günün əvvəlindən rus ordusu Ukraynanın yaşayış məntəqələrinə raket-bomba və artilleriya zərbələri endirməkdə davam edib.

Rusiya Ukraynaya hava zərbələri endirmək üçün Belarus Respublikasının aerodrom şəbəkəsindən istifadə etməkdə davam edir.

Qarşı tərəf məkrli hərəkət edərək beynəlxalq humanitar hüquq qaydalarını pozur, dinc əhalini, “yaşıl dəhlizləri” atəşə tutur, qadın və uşaqları girov götürür, şəhərlərin yaşayış massivlərində texnika, sursat yerləşdirir, işğal olunmuş yaşayış məntəqələrində süni şəkildə humanitar böhran yaradır.

İrpin şəhəri üç gündən artıqdır işıqdan, sudan və istilikdən məhrum qalır, ərzaq və su təchizatı yoxdur, rus ordusu vətəndaşlara evlərini tərk etməyi qadağan ediblər.

Ukrayna Müdafiə Qüvvələri Qrupu düşmənin irəlilədiyi bütün istiqamətlərdə müdafiə əməliyyatı həyata keçirir.

Düşmən canlı qüvvə, quru texnikası və hava hücumu vasitələri ilə ağır itki verməkdə davam edir. Əsirliyə təslim olur” - məlumatda qeyd edilib.

Oxşar Xəbərlər