SOSIAL

SSRİ bayrağı qaldıran Saleh Səmədov vəzifəsindən azad edildi - VİDEO

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib.

 Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin məlumatına əsasən, qeyd olunub ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub.

S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.

***12:45

İmişli rayonunun Sarıcalı kəndində 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. 

32gun.az "Unikal"a istinadən xəbər verir ki, SSRİ bayrağı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Tədbirdə həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. 

Oxşar Xəbərlər