DÜNYA ÖZ XƏBƏR

Bu ölkənin keçmiş prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, Latın Amerikasının sol qanad hərəkatının simvollarından biri sayılan Xose “Pepe” Muxika 90 yaşında vəfat edib.

32gun.az bildirir ki,  Bu barədə hazırkı prezident Yamandu Orsi məlumat yayıb.

“Dərin kədərlə yoldaşımız Pepe Muxikanın vəfatını bildiririk”, – deyə Orsi X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Muxika son dövrlərdə xərçəng xəstəliyi ilə mübarizə aparırdı. 2023-cü ilin dekabrında Braziliya Prezidenti Luis İnaisiu Lula da Silva və Kolumbiya Prezidenti Qustavo Petro Uruqvaya səfər edərək Muxikaya ölkələrinin ali dövlət mükafatlarını təqdim etmişdilər.

Ayxan 

Oxşar Xəbərlər