DÜNYA ÖZ XƏBƏR

İsrail aviasiyası Yəmənin qərbindəki limanlara zərbələr endirib

İsrail aviasiyası Yəmənin qərbində yerləşən bir neçə limana hava zərbələri endirib.

32gun.az xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Qırmızı dəniz sahilində yerləşən Salif və Hudeyda limanlarını hədəfə alıb.

Bundan əvvəl, 11 may tarixində də İsrail aviasiyası Yəməndə husilərin nəzarətində olan üç limanı – Hudeyda, Ras-İssa və Salif limanlarını bombalamışdı. Bu barədə "Al Arabiya" telekanalı məlumat vermişdi.

Qeyd edək ki, 6 mayda “Ənsar Allah” hərəkatı İsrail və ABŞ-ın nəzarətində olan ərazilərə hücumlarına cavab verəcəklərini bəyan etmişdi. Hərəkatın yaydığı açıqlamada İsrailin Yəməndəki limanlara, Səna aeroportuna, sement zavodlarına və elektrik stansiyalarına hücumları Yəmən xalqını blokadaya alma cəhdi kimi qiymətləndirilmişdi.

Nilay

Oxşar Xəbərlər