DÜNYA ÖZ XƏBƏR

İsrailin müdafiə naziri Katz Husi lideri Əl-Husini məhv etməklə hədələyib

İsrailin müdafiə naziri İsrael Katz husilərin İsrailə atəş açmağa davam edəcəyi təqdirdə lideri Əbdülməlik əl-Husini məhv edəcəyi ilə hədələyib.

32gun.az bildirir ki, bu barədə mayın 16-da X sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Əgər husilər İsrailə raket zərbələri endirməyə davam etsələr, onlar ağrılı zərbələr alacaqlar və terror liderləri də əziyyət çəkəcəklər. Biz həmçinin Yəməndə Əbdülməlik əl-Husini də izləyəcək və məhv edəcəyik", - onun yazısında deyilir.

Katz bildirilib ki, İDF hazırda Yəməndə husi terror təşkilatının nəzarətində olan bir neçə limana hücum edib və ciddi ziyan vurub.

O əlavə edib ki, Yəmənin paytaxtı Sənadakı hava limanı da dağıdılıb.

"Biz özümüzü istənilən düşmənə qarşı müdafiə edəcəyik"  Katz deyib.

Ayxan 

Oxşar Xəbərlər