Samaranın sabiq meri Viktor Tarxovun qətlində ittiham olunan nəvəsinə "ağlını itirmiş kimi davran" tövsiyəsi verilib
RusSamaranın sabiq meri Viktor Tarxovun qətlində təqsirləndirilən nəvəsi Yekaterina Tarxovaya, onun cinayət ortağı Svetlana Metriveli tərəfindən məsuliyyətdən yayınmaq üçün psixi cəhətdən sağlam olmadığını göstərməsi tövsiyə edilib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, İstintaqın məlumatında qeyd edilib.
Məlumata görə, Yekaterina Tarxova və Svetlananın qohumu Dmitri əvvəlcə Viktor Tarxovu və onun həyat yoldaşını zəhərləyib, sonra isə cəsədləri maye azotla donduraraq parçalayıblar. Bədən hissələri zibil konteynerlərinə atılıb. Qətli törətməkdə məqsəd isə onların əmlakına sahib çıxmaq olub.
Svetlana Metriveli hadisə zamanı ölkə xaricində olub və cütlüyə göstərişlər verib. Məlumata görə, Yekaterina onunla Tbilisidə tanış olub və ona ana kimi yanaşıb. Lakin Svetlana bu münasibətdən sui-istifadə edərək Yekaterinanı qətl törətməyə sövq edib.
Metrivelinin on il əvvəl psixiatriya xəstəxanasında müalicə aldığı və məhkumluğu olduğu da üzə çıxıb. Hazırda Svetlana və Dmitri beynəlxalq axtarışa verilib və onlara qiyabi ittiham irəli sürülüb.
Yekaterina Tarxova isə 2 iyuna qədər həbs edilib. Psixoloji-psixiatriya ekspertizasının rəyinə əsasən, o, anlaqlı şəxs hesab edilib.
Ayxan