Yəməndəki "Ənsar Allah" hərəkatına bağlı husi qiyamçıları İsrailin şimal-qərbində yerləşən Hayfa limanına dəniz blokadası tətbiq edəcəklər.
32gun.az xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Saria husilərin nəzarətində olan "Al Masirah" telekanalında məlumat verib.
Onun sözlərinə görə, Yəmən Silahlı Qüvvələri "Ənsar Allah" rəhbərliyinin göstərişlərinə əsasən Hayfa limanına qarşı dəniz blokadası əməliyyatına başlayacaq.
Xatırladaq ki, 18 may tarixində husilərin İsrailin Ben Qurion hava limanına iki dəfə raket hücumu etdiyi bildirilmişdi.
Eyni gecə İsrail Müdafiə Ordusu Yəməndən atılan bir raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Ayxan