Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı liderlərinin ABŞ Prezidenti Donald Trampla keçirdiyi telefon danışığında iştirak etməyib.
32gun.az xəbər verir ki, bu barədə "The Daily Mail" nəşri mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Starmer Trampla danışığa qoşulmayıb, çünki həmin vaxt öz ofisində biznes nümayəndələri ilə görüş keçirib.
Bununla belə, nəşr qeyd edir ki, Starmer Trampla onsuz da mütəmadi əlaqə saxlayır və tərəflər informasiya mübadiləsi üçün alternativ vaxt müəyyən etməyi planlaşdırırlar.
Qeyd edək ki, 19 may tarixində Almaniya kansleri Fridrix Mers və digər Avropa liderləri ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar. Danışıqlar zamanı Ukraynadakı münaqişənin nizamlanması müzakirə edilib. Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib ki, Avropa liderləri Rusiyaya qarşı sanksiya təzyiqlərini artıracaqlarına söz veriblər.
Ayxan